DataLife Engine > tehsil > ŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULAR

ŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULAR


30-04-2018, 12:34. Разместил: heqiqet ŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULAR Bu günlərdə Bakının Şüvəlan qəsəbəsindəki 156 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə məktəbin direktoru Məqsud Heydərov açdı. O, yazıçını şagird və müəllimlərə təqdim etdi və onun haqqında qısa məlumat verdi. Direktorun çıxışından məlum oldu ki, Elxan Elatlı BDU–nun mexanika–riyaziyyat fakültəsinin məzunudur. Doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb.
Məktəbin ədəbiyyat müəllimi Gülsüm Məmmədova çıxış edərək yazıçının əsərləri haqqında şagirdləri məlumatlandırdı: 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb. Bu kitablardan dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı ("Qisas gecəsi"), biri psixoloji roman ("Mərtəbələr"), biri tarixi-detektiv roman ("Xəstə ruhlar"), on doqquzu isə detektiv nəsr əsərləridir. Elxan Elatlı "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.
Öz növbəsində Elxan Elatlı da çıxış edərək şagird və müəllimlərlə görüşdən məmnun qaldığını bildirdi və ona ünvanlanan suallara səmimi cavab verdi.
Görüşün sonunda yazıçı ilə xatirə şəkli çəkildi və o, oxucuların xahişi ilə müəllifi olduğu kitablara xatirə imzası qeyd etdi.

Fərhad

ŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULARŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULARŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULARŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULAR
ŞAGİRDLƏR YAZIÇI İLƏ DAHA YAXINDAN TANIŞ OLDULAR
Вернуться назад