DataLife Engine > sosial > Mina qurbanları və digər müharibə əlilləri kiçik biznesə cəlb ediləcək

Mina qurbanları və digər müharibə əlilləri kiçik biznesə cəlb ediləcək


11-05-2018, 14:01. Разместил: heqiqet Mina qurbanları və digər müharibə əlilləri kiçik biznesə cəlb ediləcək “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihənin icrasına başlayır.
Bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Layihənin məqsədi Füzuli, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yaşayan mina qurbanlarını və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bunu üçün layihənin həyata keçiriləcəyi regionlarda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün kiçik biznesin hüquqi və praktiki əsaslarına dair maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.
Layihənin icra müddəti 5 aydır.

Вернуться назад