Yay gəlməyib, dəniz suyunun temperaturu isə 20 dərəcə istiyə yüksələcək
16-05-2018, 09:54. Разместил: heqiqet
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Havanın hərarətinə gəlincə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Вернуться назад