Azərbaycanda 255 min hektara yaxın istifadəsiz torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib
6-06-2018, 13:54. Разместил: heqiqet
Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
R.Cəlilov bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlama və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı və Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.
R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların uçotu komitə tərəfindən aparılır. O qeyd edib ki, komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir: “Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür".
Вернуться назад