Kabildəki partlayışda ölənlərin sayı 17-yə çatıb
13-06-2018, 13:28. Разместил: heqiqet
İyunun 11-i Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.Bu barədə Əfqanıstanın şəhər bərpası və inkişafı nazirliyindən bildiriblər.
Daha əvvəl 13 nəfərin öldüyü və 30-dan çox yaralının olduğu bildirilirdi.
Qeyd edək ki, iyunun 11-i Əfqanıstanın paytaxtı Kabilin Darulaman rayonunda terrorçu-intiharçı özünü partladıb. Partlayış görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Вернуться назад