Argentina şokda: son oyuna çıxmayacaq
25-06-2018, 13:23. Разместил: heqiqet
Dünya çempionatında İslandiya ilə "sülh" bağlayıb (1:1), Xorvatiyaya böyük hesabla uduzan (0:3) Argentina millisində gərjilik davam edir.Qrup mərhələsinin son turunda Nigeriya ilə qarşılaşacaq yığma ilə bağlı daha bir xəbər yayılıb.
Argentinanın TYC telekanalının şərhçisi Rikardo Karruso Lombardi iddia edib ki, iyunun 26-da keçiriləcək matçda komandaya baş məşqçi Xorxe Sampaoli başçılıq etməyəcək.
İddialara görə, Argentina Futbol Federasiyası futbolçuların əksəriyyətinin istəmədiyi Sampaolinin yerinə Xorxe Burruçaqanı gətirmək istəyir.
Вернуться назад