Səhiyyə Nazirliyi: Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb
3-07-2018, 10:42. Разместил: heqiqet
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. Xəstələr arasında ölüm faktı qeydə alınmayıb".
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Вернуться назад