DataLife Engine > gundem > Rusiya Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib


27-09-2018, 12:47. Разместил: heqiqet Rusiya Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Вернуться назад