Millidə parlayan futbolçumuzun "Rubin"də debütü uğursuz alındı
11-08-2015, 11:36. Разместил: heqiqet
Qol.az-ın məlumatına görə, 19 yaşlı futbolçumuz Rusiya Premyer Liqasının 4-cü turunda "Rostov"la görüşdə meydana çıxıb.
R.Şeydayevin debütü uğursuz alınıb. Matçın ilk 45 dəqiqəsində meydanda olan Ramil komandasını böyükhesablı məğlubiyyətdən xilas edə bilməyib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra aktivində xalı olmayan "Rubin" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Ramil Şeydayev Rusiya U-19-da Avropa çempionatının gümüş medalçısıdır.
Вернуться назад