Xalq yazıçısı Ənvər Məmmədxanlının “Babək” romanı Türkiyədə nəşr olunub
24-10-2018, 13:17. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, yaxın tarixdə layihə üzrə Türkiyədə görkəmli yazıçı, kinodramaturq Ənvər Məmmədxanlının “Babək” romanı nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxuculara təqdim edilib.
Görkəmli yazıçı Ənvər Məmmədxanlının Azərbaycanın tarixi qəhrəmanı Babək barədə qələmə aldığı "Babək" romanı orijinal təhkiyə tərzi və tarixi koloriti əks etdirməsi baxımından qiymətli əsərdir. Qeyd edək ki, Ənvər Məmmədxanlı romanı sonadək tamamlaya bilməmişdi, ölümündən sonra Xalq yazıçısı Anar həmin romanı və Ə.Məmmədxanlının “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.
Вернуться назад