DataLife Engine > dunya > Trampın təyyarəsi Nyu-Yorkda laynerlə toqquşdu

Trampın təyyarəsi Nyu-Yorkda laynerlə toqquşdu


29-11-2018, 11:15. Разместил: heqiqet Trampın təyyarəsi Nyu-Yorkda laynerlə toqquşdu Tramp prezident olduqdan sonra bu təyyarədən istifadə etməyib.
ABŞ prezidenti Donald Trampın şəxsi təyyarəsi Nyu-Yorkun La-Quardiya aeroportunda laynerlə toqquşaraq zədələnib.
Bununla bağlı "Associated Press” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələrinin "1 nömrəli” təyyarəsindən deyil, "The Trump Organization” şirkətinə məxsus "Boeing 757” laynerindən gedir. Tramp prezident olduqdan sonra bu təyyarədən istifadə etməyib.
Toqquşma zamanı Trampın təyyarəsi parkinq vəziyyətində olub.
Qeyd edək ki, ABŞ prezidenti bu təyyarəni 2011-ci ildə 100 milyon dollara alıb.
Вернуться назад