DataLife Engine > dunya > ABŞ və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir

ABŞ və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir


7-12-2018, 11:01. Разместил: heqiqet ABŞ və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir ABŞ-ın dövlət katibi Mark Pompeo və Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Vaşinqtonda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahsızlaşdırılması məsələsini müzakirə ediblər.
Tərəflər mövzu ilə bağlı sıx əlaqələndirmənin saxlanılması barədə razılığa gələrək, KXDR-ın yekun və tam nüvə silahsızlaşdırılmasını təkid etdiklərini bildiriblər.
Qeyd edək ki, rəsmi Vaşinqton ilə Pxenyan arasında KXDR-in nüvə silahının ləğvi ilə əlaqədar danışıqlarında ötən aylarda kiçik tərəqqi müşahidə olunub. Belə ki, tərəflərin nüvə silahının ləğvi və KXDR-ə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı müəyyən fikir ayrılıqları var. ABŞ nüvə silahının tamamilə ləğvindən sonra sanksiyaların götürülməsini, KXDR isə bu prosesin paralel aparılmasını istəyir.
Вернуться назад