Heydər Əliyevin siyasi həyat yolu, əməlləri tarixin və xalqın yaddaşına əbədi həkk edilib
14-12-2018, 17:50. Разместил: heqiqet
Kifayət qədər qədim və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı da azad, müstəqil yaşamağı daim ən böyük nailiyyət olaraq dəyərləndirmiş, müxtəlif dönəmlərdə öz milli dövlətçiliyini formalaşdırmışdır. Böyük ziddiyyətlər və antoqonizm əsri kimi qəbul olunan ötən yüzillikdə də xalqımızın müstəqillik mücadiləsi öz bəhrəsini vermiş, Azərbaycan iki dəfə öz dövlət müstəqilliyinə qovuşmuşdur. Keçən əsrdəki ilk müstəqillik tariximiz çox qısa zaman kəsiyini əhatə etsə də, XX yüzilliyin sonunda yenidən qazanılan bu ən böyük milli sərvətin artıq əbədi, dönməz xarakterə malik olacağı, Azərbaycanın qarşıdakı illər ərzində beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevriləcəyi heç bir şübhə doğurmur. Bunu şərtləndirən əsas amillərdən biri ölkəmizdə yaşanan və çoxcəhətli mahiyyətə malik tərəqqinin dinamik və davamlı xarakter daşıması, sarsılmaz özüllər üzərində qurulması, xalqın və onun iradəsi əsasında formalaşmış dövlətçiliyin kifayət qədər qüdrətli olmasıdır.
Məhz sözügedən faktorlar qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını özündə ehtiva edən inkişafın əsas cəhətlərindən biri kimi qəbul olunur. Eyni zamanda, bununla, ən böyük hakim olan zaman əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən, bu gün isə ulu öndərin zəngin siyasi irsinin daşıyıcısı olan Prezident İlham Əliyevin dövrün çağırışlarına müvafiq olaraq yeni dəyərli əlavələrlə zənginləşdirdiyi mükəmməl inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini əyani sübuta yetirir. Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, yeni müstəqillik tariximizin ilk illərində insanların kortəbii inamı üzərində hakimiyyətə gələn qüvvələrin səriştəsiz idarəçiliyi nəticəsində, ölkənin vətəndaş qarşıdurması və xaosa yuvarlanması, həmçinin zorla cəlb olunduğumuz müharibə, eləcə də bu qəbildən olan digər neqativ amillər Azərbaycanı öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyətdə yenidən öz müdrikliyini göstərən və daim ən mürəkkəb anlarda doğru qərar verməyi bacaran xalqımız dövrünün alternativsiz liderinin - ölkəni üzləşdiyi böhrandan xilas edə biləcək yeganə şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidli tələb olaraq irəli sürdü. Ömrünü təmənnasız olaraq xalqa xidmətə həsr edən ulu öndər ona ünvanlanmış çağırışları cavabsız qoymayaraq hakimiyyət rəhbərliyinə qayıtmış, yalnız bundan sonra Azərbaycan həqiqi dövlət müstəqillyinə qovuşmaqla bərabər, tarixinin yeni intibah mərhələsinə qədəm qoymuşdur.
Milli dövlətçiliyində də yeni səhifə açan Azərbaycan üzləşdiyi böhran, o cümlədən iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik və dinamik inkişaf yoluna qədəm qoymuş, ən əsası isə ölkənin inkişaf strategiyası potensial imkanlar, milli mənafelər, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla müəyyən olunmuşdur. Müstəqil dövlət quruculuğu prosesinə başlanması kontekstində iqtisadi tərəqqinin yeni istiqaməti yaranmış, bu məqsədlə müvafiq inkişaf konsepsiyaları, sənəd və proqramlar qəbul edilmişdir. Onların reallaşması yönümündə 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə yeni tariximizə «Əsrin müqaviləsi» adı ilə daxil olan möhtəşəm kontraktın imzalanması böyük rol oynamış və bununla, Azərbaycanın hərtərəfli yüksəlişinin əsası qoyulmuş, eyni zamanda, ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli yaradılmışdır.
Azərbaycan xalqı öz milli dövlətçiliyini yaratmış və məhz özünün xilaskarını, dahi öndərin fəaliyyəti nəticəsində bu dövlət əbədiləşdirmisdi. Əgər 20 il əvvəl xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik tarixi şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi. İndi biz nə müstəqil dövlətdən, nə qüdrətli və tərəqqi edən ölkədən, nə də yeniləşən və demokratikləşən Azərbaycandan danışa bilərdik. Bu qayıdış Azərbaycanın müstəqilliiyini dünya müstəvisində reallığa çevirdi. Bu əsrlərin sınağından keçə-keçə min birəziyyətlə, amma dönmədən məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışı idi. Bu dilimizin, milli- mənəvi dəyərlərimizin unudulmuş, yaddan çıxmış bir çox həqiqətlərin, eyni zamanda bizə öz real gücümüzü, mənəvi bütövlüyümüzü dərk etməyimizin qayıdışı idi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha sərfəli, daha əzəmətli bir mərhələsinə qədəm qoydu.
Aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmiz regionda iqtisadi əməkdaşlıq və investisiya imkanları mərkəzinə çevrildi. Dünyanın ən nüfuzlu şirkətlərii, neft korparasiyaları iqtisadiyyatımıza milyardlarla dollar sərmayə qoydular. Həyata keçirilən uğurlu islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində köklü dəyişiklər baş verdi, aqrar islahatlar, özəlləşdirmə aparıldı, sənayedə və kənd təssərrüfatında tənəzzül aradan qaldırıldı, iqtisadi dirçəlişə zəmin yaradan neft müqavilələri imzalandı. Cəmiyyət insan şəxsiyyətinin inkişafını təmin edən, adamlarda mənlik və ləyaqət, haqq-ədalət, qanuna hörmət hissləri doğuran biliklər sisteminin zəruriliyinə daim ehtiyac duyur. Belə sistemi yalnız keçmiş və bu gün barədə dərindən fikirləşmək, gələcək üçün proqnozlar vermək sayəsində qurmaq olar. Bundan ötrü ki, fikir, hisslər, intiusiya və sair xüsusiyyətlərin sintezi gərəkdir. Mənəviyyatlı birləşməyən bilik təhlükəli ola bilər. Ötən illərin tarixi təcrübəsi göstərmişdir ki, cəmiyyətdə canlı və anlaşıqlı ideya olmadıqda, dövlətin və millətin siyasi, iqtisadi və mənəvi inkişafının əsasları sayılan ideoloji oriyentirlər olmadıqda hökmən arada boşluq yaranır və o, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və idelogiyaların qarışığı ilə dolur. Bu dövlətçiliyin formalaşması prosesinə və millətin simasına mütləq təsir göstərir və göstərmə-lidir.

Musayev Sahib Kazım oğlu,
Azərbaycan Dövlət Tibb Universiteti Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Universitet Klinikasının şöbə müdiri
Вернуться назад