Qanunsuz ət kəsimi və satışı ən çox bu rayonlardadır - VİDEO
4-01-2019, 22:09. Разместил: heqiqet
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
O bildirib ki, sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışının qarşının alınması məqsədilə nəzarət gücləndiriləcək.
Qalib Əbdüləliyev, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə müasir standartlara uyğun heyvan kəsimi və satışı məntəqələrinin yaradılması istiqamətində işlərin davam etdirildiyini də bildirib. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar bu prosesdə iştirak edə bilərlər.
Şöbə müdiri, qanunsuz ət kəsimi və satışı ilə bağlı ən çox qayda pozuntusunun paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında aşkarlandığını bildirib. Buna görə də nəzarət tədbirlərinə ilkin olaraq həmin rayonlardan başlanacaq.
Вернуться назад