DataLife Engine > idman > "Qarabağ" və "Qəbələ" birgə irəliləyirlər

"Qarabağ" və "Qəbələ" birgə irəliləyirlər


24-08-2015, 17:27. Разместил: heqiqet "Qarabağ" və "Qəbələ" birgə irəliləyirlər Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkib. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq.
Вернуться назад