Üzgüçülük Federasiyasının tarixində ilk dəfə 2 hakimimiz beynəlxalq dərəcə alıb
26-02-2019, 10:57. Разместил: heqiqet
Bu barədə məlumatı federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.
Onun sözlərinə görə, bu il 22-23 fevral tarixlərində Makedoniyanın Skopye şəhərində Beynəlxalq Su İdman Növləri Federasiyasının (FİNA) təşkil etdiyi Beynəlxalq Hakimlik məktəbində ölkəmizi Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Su İdman Sarayının direktoru Elçin Həsənov və Üzgüçülük üzrə Milli Yığma komandanın baş məşqçisi, Su İdman Sarayının Su İdman növləri departamentinin rəhbəri Rəşad Əbdurəhmanov təmsil edib.
M.Rəhimov əlavə edib ki, təmsilçilərimiz iki gün keçirilən nəzəri və praktiki məktəbin sonunda imtahan verərək yüksək ballar qazanıb və Azərbaycan Üzgüçülük Federasiyasının tarixində ilk dəfə olaraq rəsmi məktəb tamamlayaraq beynəlxalq hakim adlarını alıblar.
Federasiyadan verilən məlumata görə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Su İdman Sarayının direktoru Elçin Həsənovun və Üzgüçülük üzrə Milli Yığma komandanın baş məşqçisi, Su İdman Sarayının Su İdman növləri departamentinin rəhbəru Rəşad Əbdurəhmanovun adları 2019-2022-ci illərdə FİNA rəsmiləri siyahısına salınıb.
Вернуться назад