DataLife Engine > dunya > Xasavyurt silahlı qruplaşmasının başçısı məhv edildi

Xasavyurt silahlı qruplaşmasının başçısı məhv edildi


25-08-2015, 11:08. Разместил: heqiqet Xasavyurt silahlı qruplaşmasının başçısı məhv edildi Dağıstanın Xasavyurt rayonunda atışma zamanı yerli silahlı qruplaşmanın lideri məhv edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.
“Əməliyyat-axtarış tədbirləri keçirilən zaman silahlı şəxs asayiş keşikçilərinə atəş açaraq, ərazidən uzaqlaşmağa cəhd edib. Cavab atəşi ilə o məhv edilib”, deyə mənbə bildirib.
İlkin məlumata görə, öldürülən şəxs Xasavyurt silahlı qruplaşmasının başçısı İslam Muradovdur.
Вернуться назад