Neftçala sakini şitil və toxum əkən qurğu düzəldib - VİDEO
30-03-2019, 21:21. Разместил: heqiqet
Bir neçə ildir ki, təsərrüfatla məşğul olan Eynulla Lənkəran Dövlət Universitetinin biznesin idarə edilməsi fakültəsini bitirib. O, ali təhsil ocağında qazandığı bilikləri təsərrüfatında tədbiq edir. Deyir ki, işlərini daha da asanlaşdırmaq üçün bu fikrə düşüb. Qurgu vasitəsi ilə 1 saatda 4 nəfərin gördüyü işi görmək mümkün olur.
Eynula Nəzərli deyir ki, qurğu əsasən tərəvəz şitillərinin əkilməsi üçün nəzərdə tutulub. Təsərrüfat sahibi qurğunu düzəldərkən həm şitillərin ölçüsünü , həm də torpağın qurluşunu nəzərə alıb. Şitil əkən qurğunun düzəldilməsində yalnız boru, yay və polad məftildən istifadə olunub.
Bundan başqa, qurğudan toxumların əkilməsi üçün də istifadə olunur.
Вернуться назад