Nazirlik "Azəriqaz"ı məhkəməyə verib
26-04-2019, 10:42. Разместил: heqiqet
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb ərizənin məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə deyil, poçt vasitəsilə göndərilməsidir.
Qeyd edək ki, Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 10-1.3-cü maddəyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, məhkəmə sənədlərinin məhkəməyə çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
Вернуться назад