ÇL: “Barselona” “Liverpul”u darmadağın edib
2-05-2019, 11:07. Разместил: heqiqet
İkinci oyun günündə “Barselona” İspaniyada “Liverpul”u qəbul edib.
“Nou Kamp”dakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk yarıda hesabı açan kataloniyalılar fasilədən sonra vurulan qollarla rəqibini darmadağın ediblər – 3:0. Komandalar arasında İngiltərədə keçiriləcək cavab oyunu mayın 7-də baş tutacaq.
Qeyd edək ki, bir gün öncə keçirilən yarımfinalın ilk oyununda “Tottenhem” (İngiltərə) “Ayaks”a (Hollandiya) 0:1 hesabı ilə uduzub.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
23:00. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:0
Qollar: Suares, 26, Messi, 75, 82
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Barselona. “Nou Kamp” stadionu
Вернуться назад