Qədr gecəsində silahlı insident - Polis rəisi öldürüldü
27-05-2019, 10:54. Разместил: heqiqet
Bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib.
M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobilə şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir. Hadisədə Hacı Muradi ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".
Polkovnik Amuyi başqa bir polisin də yaralandığını deyib.
Silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyatlar keçirilir.
Вернуться назад