DataLife Engine > dunya > Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə

Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə


20-06-2019, 10:46. Разместил: heqiqet Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.
Bu barədə Pentaqonun məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının istəyi ilə "Patriot" kompleksləri, kəşfiyyat məlumatlarının toplanılması üçün pilotsuz və idarə olunan uçuş aparatları, qırıcı təyyarə, aviasiya dəstəyi üzrə uçuş aparatı göndərəcək:
"ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq".
Вернуться назад