DataLife Engine > hadise > Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib

Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib


14-08-2019, 19:37. Разместил: heqiqet Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib Dünən gecə saatlarında Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistral yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sumqayıt Şəhər Polis İdarəsindən xezerxeber.az-a bildirilib ki, qəza nəticəsində "Fiat Doblo” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Sübhanov Sabir Hüseyn oğlunu vurub. Qəza nəticəsində piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад