DataLife Engine > idman > Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi - UEFA-nın reytinqi

Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi - UEFA-nın reytinqi


23-08-2019, 11:09. Разместил: heqiqet Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi - UEFA-nın reytinqi Avropa Liqasının pley-offmərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Səfərdə Şimali İrlandiyanın "Linfild” klubuna 2:3hesabı ilə uduzan "Qarabağ" Azərbaycana xal qazandırmayıb.
26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür.Qazaxıstan "Astana"nın BATE üzərində qələbəsindən (3:0) sonra xallarını 18,750-yə çatdırıb və bir pillə irəliləyib. Hazırda qazaxlar 24-cü sırada qərarlaşıb. Mövqeyini itirən Belarus isə 18,625 xalla 25-ci sırada qərarlaşıb. Azərbaycanın ən yaxın izləyicisi olan Polşanın 16,625 xalı var.
Bu mövsüm Azərbaycana "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsindəmübarizəni başa vurub. "Qarabağ"ın bu mövsüm qazancı1 xaldır.

Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi - UEFA-nın reytinqi
Вернуться назад