Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb
21-02-2020, 16:11. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 19-da saat 19 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Вернуться назад