Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb
24-02-2020, 18:05. Разместил: heqiqet
Bu barədə İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: "Həmin avtomobilin sürücüsü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.
Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb".
Вернуться назад