Yol polislərindən piyadalara ÇAĞIRIŞ
27-02-2020, 10:04. Разместил: heqiqet
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, mütəmadi olaraq maarifləndirmə işləri aparılır. "Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək insanları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb."
Вернуться назад