Bərdədə avtomobil kanala aşıb, ölən və yaralananlar var
17-03-2020, 06:27. Разместил: heqiqet
Hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə idarə etdiyi "Hyundai Elentra" markalı avtomobili sərt döngədə idarəetməni itirərək kanala aşırıb.
Hadisə nəticəsində sürücünün özü və avtomobildə olan sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan S. Həsənova xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb. (APA)
Вернуться назад