DataLife Engine > idman > Zinəddin Zidan bu futbolçuları "Real"da görmək istəmir

Zinəddin Zidan bu futbolçuları "Real"da görmək istəmir


3-05-2020, 04:45. Разместил: heqiqet Zinəddin Zidan bu futbolçuları "Real"da görmək istəmir "Real" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.
"Kral klubu" yollarını ayıracağı oyunçuları müəyyənləşdirməyə başlayıb.
Baş məşqçi Zinəddin Zidan gələn mövsüm planlarına daxil olmayan 5 oyunçunun adını rəhbərliyə təqdim edib. Bunlar yarımmüdafiəçilər Hames Rodriges, Brahim Dias, Reynier, hücumçular Qaret Beyl və Mariano Diasdır. Mövsümün sonunda Madrid təmsilçisi adıçəkilən oyunçuları transferə çıxaracaq.
Müdafiəçi Marselo və yarımmüdafiəçi Luka Modriç isə gələcək taleyi ilə bağlı qərarı özü verəcək. Müqavilə müddəti davam edən aparıcı oyunçular getmək istəsələr, rəhbərlik onlara mane olmayacaq.
Вернуться назад