DataLife Engine > dunya > Berlin aeroportunda güclü yanğın başlayıb

Berlin aeroportunda güclü yanğın başlayıb


10-05-2020, 17:24. Разместил: heqiqet Berlin aeroportunda güclü yanğın başlayıb Almaniya paytaxtının şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib.
Bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.
"Bir neçə anbar yanır. Əraziyə 110 əməkdaşla cəlb olunmuşuq və bir neçə istiqamətdə yanğınla mübarizə aparırıq”, - deyə yanğından mühafizə xidməti özünün "Twitter” səhifəsində bildirib.
Hazırda polis əraziyə gedən yolları bağlayıb.

Вернуться назад