DataLife Engine > idman > Daha bir çempionat təxirə salınıb

Daha bir çempionat təxirə salınıb


25-05-2020, 08:38. Разместил: heqiqet Daha bir çempionat təxirə salınıb Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi. Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.
Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.
Вернуться назад