Evlənmək istəyənlərə pul bağışladı - Kadırovdan comərd addım
9-06-2020, 12:39. Разместил: heqiqet
Bu barədə Çeçenistan Müsəlmanları Ruhani İdarəsindən məlumat verilib.
Məlumata görə, evlənmək istəyən bəylərin ailələri nikah mərasimi üçün 50 min rubl alacaqlar.
"Respublika başçısı Ramzan Kadırovun göstərişi ilə bütün rayonlarda ailə qurmaq istəyən, lakin maddi cəhətdən çətinlik çəkənlərin siyahısı tutulub. Əhməd-Hacı Kadırov Regional Fondu tərtib olunmuş siyahı üzrə 207 gəlinin gətirilməsi üçün vəsait ayırdı”, – deyə məlumatda bildirilir.
Çeçenistanda aprel ayından etibarən koronavirus səbəbindən islam qaydaları ilə nikah mərasimləri qadağan edilib. Mayın 25-dən etibarən qadağa ləğv edilib, ancaq toy mərasimlərində məhdudiyyətlər qalır. Çeçenistan müftiliyi gəlin gətirmək üçün cəmi iki avtomobilin gedə biləcəyini qeyd edib.
Вернуться назад