Dərslərə yalnız bu halda başlamaq olar - BAŞ İNFEKSİONİST
12-08-2020, 07:15. Разместил: heqiqet
Bu barədə ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, dərslərin başlaması, insanların sıx şəkildə bir yerə toplaşması baxımından təhlükəlidir: “Sentyabrın 15-nə xeyli zaman var. Buna görə də dərslərin başlayıb-başlamaması epidemioloji vəziyyətdən asılı olacaq. Vəziyyət imkan verərsə, məktəblərin açılması vacibdir. Mənim bildiyimə görə, ibtidai siniflərdə dərslərin başlaması müzakirə olunur. Amma yuxarı siniflərdə və universitetlərdə dərslərin başlanması bir az təhlükəli olar. Yəqin ki, yenə də qərar epidemioloji vəziyyətə uyğun veriləcək”.
Baş infeksionist rayonlara gediş-gəliş məsələsinə də toxunub. Qeyd edib ki, vəziyyət araşdırılacaq, yoluxma rəqəmləri hazrda olduğu kimi azalmaqda davam edərsə, rayonlara gediş-gəliş mezanizmi də hazırlanacaq.
Вернуться назад