Hikmət Hacıyev: "İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb"
8-12-2020, 11:27. Разместил: heqiqet
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O xatırladıb ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir:
"Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb. Həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib”.
Вернуться назад