Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı - Ərdoğan
15-12-2020, 07:03. Разместил: heqiqet
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində söyləyib.
Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyini vurğulayan dövlət başçısı deyib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq. Xüsusilə bölgə ölkələri bu zəfərdən məmnun olmalıdırlar. Prezident Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını bildirib.
Вернуться назад