“Mançester Siti”nin Messi ilə danışığa başlayacağı TARİX
9-02-2021, 07:05. Разместил: heqiqet
Premyer Liqa təmsilçisi İspaniya “Barselona”sının kapitanının durumunu izləyir.
FİFA-nın transfer qaydalarına görə, istənilən klub argentinalı superulduzla danışıq aparmaqda sərbəstdir. Ancaq “şəhərlilər” martın ortalarından etibarən 34 yaşlı oyunçu ilə rəsmi danışıqlara başlamağı planlaşdırır. Leonun xidmətində həmçinin Fransa çempionu PSJ də maraqlıdır.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
Вернуться назад