DataLife Engine > hadise > Gizli keçirilən toyun 50-yə yaxın qonağı cəzalandırıldı

Gizli keçirilən toyun 50-yə yaxın qonağı cəzalandırıldı


11-02-2021, 07:34. Разместил: heqiqet Gizli keçirilən toyun 50-yə yaxın qonağı cəzalandırıldı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Məclis iştirakçılarından 19 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
Вернуться назад