DataLife Engine > sosial > Güclü qar Bakı - Sumqayıt yolunda hərəkəti iflic etdi

Güclü qar Bakı - Sumqayıt yolunda hərəkəti iflic etdi


24-02-2021, 06:52. Разместил: heqiqet Güclü qar Bakı - Sumqayıt yolunda hərəkəti iflic etdi Bakı - Sumqayıt yolunda avtomobillərin hərəkəti çətinləşib.
Güclü qar yolda avtomobillərin hərəkətində problem yaranıb. Artıq yolun bəzi hissələri buz bağlayıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb edilib.
Hazırda yolun təmizlənməsi və hərəkətin bərpa olunması istiqamətində işlər görülür. Bəzi yerlərdə avtomobillərin hərəkəti dayanıb. Nəticədə Bakıdan Sumqayıt istiqamətində hərəkətdə güclü tıxac yaranıb.

Вернуться назад