UEFA Çempionlar Liqasının bütün dörddəbir finalçıları açıqlandı
18-03-2021, 05:34. Разместил: heqiqet
Turnirin son dörddəbir finalçıları da məlum oldu. İngiltərənin "Çelsi" komandası iki oyun nəticələrinə görə İspaniyanın "Atletiko" klubunu məğlub etdi (1:0, 2:0), Almaniyanın "Bavariya" klubu isə İtaliyanın "Latsio" komandasını keçib (4:1, 2:1).
Bundan əvvəl 1/4 final mərhələsinə İngiltərənin "Liverpul", "Mançester Siti", Portuqaliyanın "Porto", Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussia Dortmund" komandaları yüksəlib.
Dörddəbir final cütləri 19 mart tarixində keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.
Вернуться назад