DataLife Engine > siyaset > Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafı bölgəyə fayda gətirəcək - ABŞ-ın keçmiş səfiri

Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafı bölgəyə fayda gətirəcək - ABŞ-ın keçmiş səfiri


21-05-2021, 05:52. Разместил: heqiqet Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafı bölgəyə fayda gətirəcək - ABŞ-ın keçmiş səfiri Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək.
Bunu Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən keçmiş səfir Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edib.
O deyib: "Azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistanın xeyrinə xidmət edəcək".
Bundan əlavə, Robert Sekuta bu həftə sonu Ağdamı ziyarət edəcəyini bildirib.

Вернуться назад