Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq - Ekspert
7-06-2021, 10:57. Разместил: heqiqet
Bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
O bildirib ki, mərhələli şəkildə yumşalmalara gedilməsi turizmin müəyyən qədər canlanmasına və bərpasına kömək edəcək:
“Nəzərə alsaq ki, artıq yay mövsümüdür, çimərliklər açılır, Azərbaycana turistlərin gəlməsi üçün əlverişli vaxtdır. Bu baxımdan bu qərar müsbət xarakter daşıya bilər. Bunun nəticəsində daha çox xarici vətəndaş Azərbaycanı ziyarət edə biləcək. Eyni zamanda həm Azərbaycanda, həm dünyada vaksinləşmə artır. Bu da ümumi olaraq xəstəliyin yayılmasının qarşısını alır və bu da turizmin bərpasında müsbət rol oynayacaq”.
Вернуться назад