Peruda avtobus dərəyə düşüb, 17 nəfər həlak olub
10-06-2021, 06:34. Разместил: heqiqet
Bu barədə Erepepe radiostansiyası öz saytında bildirib.
Məlumata əsasən, hadisə Libertad vilayətində baş verib. 33 nəfəri daşıyan avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi 200 metr yüksəklikdən dərəyə düşüb.
Qəza nəticəsində 6 nəfər yaralanıb, onlar xəstəxanalara aparılıb.
Hazırda xilasedicilər itkin düşənlərin axtarışındadır.
Вернуться назад