DataLife Engine > idman > AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb

AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb


23-06-2021, 06:19. Разместил: heqiqet AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb Xorvatiya millisi Avropa çempionatının qrup mərhələsinin üçüncü tur oyunu çərçivəsində Şotlandiya yığması ilə qarşılaşıb.
Şotlandiyanın Qlazqo şəhərində keçirilən görüş Xorvatiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiya komandasının heyətində qolları Nikola Vlaşıç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Perişiç (77) vurublar. Şotlandiya yığmasında yeganə qolu Kallum Makqreror vurub (42).
Bələliklə, bu qələbədən sonra Xorvatiya millisi pleyf-off mərhələsinə çıxıb.
Вернуться назад