DataLife Engine > hadise > Prokurorluq Bakıda şirkət işçisinin intiharı ilə bağlı araşdırmalara başladı

Prokurorluq Bakıda şirkət işçisinin intiharı ilə bağlı araşdırmalara başladı


24-06-2021, 06:48. Разместил: heqiqet Prokurorluq Bakıda şirkət işçisinin intiharı ilə bağlı araşdırmalara başladı Bakıda baş verən intihar hadisəsilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluqdan bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edi.
Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.
Вернуться назад