DataLife Engine > dunya > Yaponiyanın cənubunda sakinlərə leysan yağışlar səbəbindən təxliyyə olması barədə çağırış edilib

Yaponiyanın cənubunda sakinlərə leysan yağışlar səbəbindən təxliyyə olması barədə çağırış edilib


29-06-2021, 06:45. Разместил: heqiqet Yaponiyanın cənubunda sakinlərə leysan yağışlar səbəbindən təxliyyə olması barədə çağırış edilib Yaponiyanın Okinava prefekturasında güclü yağış səbəbindən artan təhlükə barədə xəbərdarlıq edilib.
Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib.
Yerli sakinlərə ən qısa müddətdə təyin olunmuş evakuasiya mərkəzlərinə təxliyyə olunmağı tövsiyə olunub. Xilasetmə xidmətlərindən bildirilib ki, leysan yağışların səbəb olduğu daşqın barədə məlumat prefekturanın bir çox şəhər və rayonundan gəlib.
Yerli meteoroloqların verdiyi məlumata görə, Okinavanın bəzi yerlərində yağış miqdarı saatda 30 mm-dən çoxdur, lakin 70 mm-ə qədər arta bilər.
Вернуться назад