DataLife Engine > medeniyyet > Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb


30-06-2021, 06:54. Разместил: heqiqet Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb Xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevin səhhəti qaydasına düşüb.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, Türkiyədə üç dəfə əməliyyat olunan ifaçı xəstəliyə qalib gəlib və bu gün Azərbaycana qayıdır.
Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev üç ay idi ki, müalicə olunmaq üçün Türkiyəyə getmişdi.
Вернуться назад