Şəmkirdə mebel sexi və ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
8-07-2021, 06:45. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mebel salonunun lambirindən ibarət tavanı 120 m² sahədə qarsalanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад