DataLife Engine > dunya > Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər

Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər


9-07-2021, 07:11. Разместил: heqiqet Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər "Taliban" radikal hərəkatının üzvləri Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.
"Associated Press" nin verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində "Taliban"ın nümayəndəsi yazıb.
Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqəsi Herat əyalətinin İslam Qala şəhərində yerləşir.
İran KİV-ləri, öz nəvbələrində, bildirirlər ki, şəhərdəki Əfqanıstan hərbçiləri mövqelərini tərk edərək sığınacaq üçün İrana üz tutublar.
Xatırladaq ki, daha əvvəl "Taliban" üzvləri Əfqanıstanın Tacikistan və Özbəkistanla sərhədi yaxınlığındakı mövqeləri də ələ keçirib.
Вернуться назад