"Bütün məsuliyyət Ermənistanın üzərindədir" - XİN-dən atəşkəsin pozulmasına REAKSİYA
15-07-2021, 07:21. Разместил: heqiqet
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsindən verilən xəbərə görə, son günlərdə Ermənistan tərəfi ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutur.
“Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq. Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir. Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir”, - məlumatda qeyd olunub.
Вернуться назад