Vasif Durarbəyli şahmat üzrə dünya kuboku yarışlarında qələbə qazanıb
23-07-2021, 06:53. Разместил: heqiqet
Şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.
Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.
Вернуться назад